Sabirabad sahibkarlarına güzəştli kreditlər verilib

Sabirabad sahibkarlarına güzəştli kreditlər verilib
# 07 may 2014 12:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir Sabirabad rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. Tədbirdə 120-ə yaxın sahibkar iştirak edib.

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 1 511 sahibkara 73,6 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 500-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan yaradır. Qeyd edilib ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7 798 investisiya layihəsinin maliyyələşdirilməsinə 339 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük, intensiv bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatlarının, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 29 500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Forum çərçivəsində Sabirabad və ətraf rayonlardan olan 47 sahibkara 2,3 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq və digər istehsal sahələrinin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 120-dən çox yeni iş yeri yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR