Azərbaycanda İKT sahəsində iki ixtisas üzrə magistr və doktorantura şöbələri yaradılacaq

Azərbaycanda İKT sahəsində iki ixtisas üzrə magistr və doktorantura şöbələri yaradılacaq
# 02 yanvar 2014 11:12 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda Robototexnika və İntellektual sistemlər (Süni intellekt) ixtisasları üzrə magistr və doktoranturaların yaradılması, qəbul və elmi dərəcələrin verilməsi planlaşdırılır. Yeni elmi istiqamətlərin Qafqaz Universitetində açılması nəzərdə tutulub.

Bunu “APA-Economics”ə Qafqaz Universitetinin İKT Elmi-Tədqiqat Mərkəzinin müdiri Xəyyam Məsiyev bildirib.


Onun sözlərinə görə, bu sahədə ölkədə elmi-tədqiqat işlərinin aparılmasına zərurət var: “Hazırda Universitetin İKT Elmi-Tədqiqat Mərkəzinin əsas işçi qüvvəsi Kompüter Mühəndisliyi ixtisası olan tələbələrdən ibarətdir. Xüsusi olaraq Robototexnika və İntellektual sistemlər (Süni intellekt) ixtisasları üzrə magistr və doktoranturalar açılarsa, mərkəzimizdə elmi-tədqiqat işlərini daha rahat şəkildə apara bilərik. Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparılıb. Artıq bu ildən Qafqaz Universitetinin nəzdində bu fakültələrin açılmasını planlaşdırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR