San-Dieqoda Azərbaycana həsr olunmuş tədbir keçirilib - FOTO

San-Dieqoda Azərbaycana həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 22 noyabr 2013 07:17 (UTC +04:00)


Bakı-APA. Kaliforniyanın ikinci ən böyük şəhəri olan San-Dieqoda fəaliyyət göstərən tanınmış Diplomatiya Şurası (San Diego Diplomacy Council) tərəfindən Azərbaycana həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Konsulluğun dəstəyi ilə keçirilən tədbir San-Dieqo-Kaliforniya Universitetində baş tutub.

Tədbirdə Şuranın idarə heyətinin üzvləri, universitet professorları, ekspertlər, San Dieqoda akkreditə olunmuş konsullar, şəhərin müxtəlif qurumlarının nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın zəngin mədəniyyəti, tarixi, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, fəal xarici siyasəti, bölgədə oynadığı aparıcı rol, eləcə də ABŞ ilə hərtərfli tərəfdaşlığı barədə ətraflı məlumat verib. Baş konsul, Ermənistanın Azərbaycana qarşı təcavüzündən geniş şəkildə bəhs edərək bildirib ki, bu qanunsuz hərbi işğal həm beynəlxalq hüququn, həm də fundamental insan haqlarının kobud şəkildə pozulmasıdır. Diplomat, Ermənistanın gələcəyinin Azərbaycan ilə sülhdən birbaşa asılı olduğunu bildirərək, Ermənistan rəhbərliyinin bu reallığı tez bir zamanda dərk etməli olduğunu diqqətə çatdırıb. N.Ağayev, həmçinin, ölkəmizin qədim tolerantlıq ənənələrindən danışaraq, etnik və dini müxtəlifliyin Azərbaycanın bir zənginliyi və sərvəti olduğunu bildirib.

Sonra tədbir əslən Azərbaycandan olan, Bakı Musiqi Akademiyasının yetirməsi, tanınmış violonçel ifaçısı Ruslan Biryukovun rəhbərlik etdiyi Los Anceles Simli Kvarteti tərəfindən Ü.Hacıbəyov, Q.Qarayev, T.Quliyev və S.Hacıbəyov kimi dahi Azərbaycan bəstəkarlarının əsərlərinin ifası ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR