Azərbaycan və Avropa Birliyi arasında readmissiya haqqında saziş imzalanıb - YENİLƏNİB

Azərbaycan və Avropa Birliyi arasında readmissiya haqqında saziş imzalanıb - <span style="color: red;">YENİLƏNİB
# 28 fevral 2014 09:28 (UTC +04:00)

Azərbaycanın AB yanında Nümayəndəliyindən APA-ya verilən məlumata görə, sazişi Azərbaycan tərəfindən Nümayəndəliyin rəhbəri Səfir Fuad İsgəndərov, AB tərəfindən isə Avropa Komissiyasının Daxili Siyasət üzrə Baş direktoru Stefano Manservisi və hazırda AB-yə sədrlik edən Yunanıstanın AB-dəki səfiri Teodoros Sotiropolus imzalayıblar.

Saziş 29 noyabr 2013-cü il tarixində Vilnüs Sammiti zamanı imzalanmış Azərbaycan Respublikası və AB arasında viza rəsmiləşdirilməsinin sadələşdirilməsi sazişi ilə birgə Avropa Parlamenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, readmissiya sazişi AB ölkələrində qanunsuz yaşayan və deportasiya qaydalarının təsiri altına düşən Azərbaycan vətəndaşlarının vətənə qaytarılmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR