Prezidentliyə namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi vaxtı başa çatıb

Prezidentliyə namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi vaxtı başa çatıb
# 09 sentyabr 2013 15:28 (UTC +04:00)

APA-nın məlumatına görə, qanunvericiliyə əsasən, prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə 30 gün qalmış saat 18.00-dək namizədin sənədlərini təqdim etməlidir.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) 2013-cü il oktyabrın 9-da keçiriləcək seçkilərin Təqvim Planına görə həmin müddət bu gün - sentyabrın 9-da saat 18.00-da yekunlaşıb. Sənədlərin qəbuluna 2013-cü il avqustun 20-də start verilib.

Seçkiqabağı təşviqata sentyabrın 16-da start veriləcək, səsvermənin başlanmasına 24 saat qalmış - oktyabrın 8-i saat 8.00-da dayandırılacaq.

Ümumilikdə indiyədək 21 nəfərin namizədliyi təsdiqlənib.

İlham Əliyev, İqbal Ağazadə, Zahid Orucun prezidentliyə namizədliyi qeydə alınıb.

Cəmil Həsənli, Əhməd Oruc, Sərdar Məmmədov (Sərdar Cəlaloğlu) Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Fərəc Quliyev, İlyas İsmayılov, İlqar Məmmədov (ReAL hərəkatı) imza vərəqələrini MSK-ya təqdim ediblər.

“Milli Şura” Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun namizədliyi təsdiq olunmayıb.

Üç nəfər - Əli İsa Ağaevli, İlqar Məmmədov (İlqar Altay), Qüdrət İsaqov isə öz təşəbbüsləri ilə seçkidə iştirakdan imtina edib.Elşən Həsənov, Yusif İsmayılov, Rauf Quliyev, Hidayət Rüstəmbəyli, Ərəstun Oruclu isə tələb olunan 40 min imzanı toplaya bilmədikləri üçün seçki marafonunun onlar üçün bitdiklərini açıqlayıb. Adı çəkilən şəxslər imza vərəqələrini MSK-ya qaytarmayıblar.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR