Azərbaycan hərbçiləri “Black Sea Rotational Force-13” təlimlərində iştirak edir - FOTO

Azərbaycan hərbçiləri “Black Sea Rotational Force-13” təlimlərində iştirak edir - <span style="color: red;">FOTO
# 23 iyul 2013 16:23 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat İmkanları Konsepsiyası taboru (OCC) Bolqarıstanın Novo-Selo qəsəbəsində ABŞ hərbçiləri ilə birgə «Qara Dəniz Rotasiya Qüvvələri -2013 (Black Sea Rotational Force-13) təlimlərində iştirak edir. Bu barədə APA ABŞ-ın Avropa Komandanlığının Dəniz Qüvvələri Korpusuna istinadən məlumat verib.

BSRF-13 təliminin «Platinum Eagle 13» adlı rabitə bölməsində Azərbaycan taborunun rabitə taqım ilə təcrübə və praktiki sahə məşqləri aparılır. Təlimlər Dəniz Qüvvələri Korpusunun mütəxəssisləri tərəfindən keçirilir.

Rabitə təlimlərində Azərbaycan taborunun rabitə qruplarının rəhbərlərinə əsas radio əməliyyat proseduraları, düzgün radio terminologiya, radio hesabatların alınması və verilməsi kimi bacarıqlar aşılanır.

«Platinum Eagle 13» təlimində Azərbaycan, Bolqarıstan, Rumıniya, Serbiya və ABŞ-dan hərbi rabitəçilər iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR