Azərbaycan İpoteka Fondunun sonuncu istiqraz emissiyasının yekun tranşı sabah satışa çıxarılacaq

 Azərbaycan İpoteka Fondunun sonuncu istiqraz emissiyasının yekun tranşı sabah satışa çıxarılacaq
# 28 dekabr 2013 11:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 29-da Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının sonuncu yerləşdirilməsi həyata keçiriləcək və hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq.

Fonddan «APA-Economics»ə verilən məlumata görə, istiqrazlar 100,6333% qiyməti ilə satışa çıxarılacaq.

İstiqrazların ödəmə tarixi 2023-cü il avqustun 23-dür.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti sentyabrın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 20 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlilik isə illik 3% təşkil edir.

Bu istiqrazların yerləşdirilməsinə oktyabrın 14-də başlanılıb və bu günədək 15 mln. manat həcmində istiqraz yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR