Azərbaycanda əsgər ehtiyatsızlıqdan hərbçi yoldaşını silahla vurub - VİDEO

Azərbaycanda əsgər ehtiyatsızlıqdan hərbçi yoldaşını silahla vurub - <span style="color: red;">VİDEO
# 10 fevral 2014 07:28 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 20 yaşlı Zamin Malik oğlu Məmmədovun tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə onun əsgər yoldaşı, 20 yaşlı Elnur Sahib oğlu Əhmədova dəyib. Bir güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən R. Məmmədov Quba, E. Əhmədov isə Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırılıblar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR