Ötən il Azərbaycan əhalisinin gəlirləri 8% artıb

Ötən il Azərbaycan əhalisinin gəlirləri 8% artıb
# 16 may 2014 10:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “2013-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna qədər büdcənin vahid xəzinə hesabında yaranan 960 408 100 manat məbləğində qalıq, 2014-cü ilin dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidməti ilə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək”.

Bunu bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, 2013-cü ilin yekunlarına əsasən ölkə əhalisinin gəlirləri 8% artaraq, 37,6 mlrd. manata çatıb: “Əhalinin hər nəfərinə düşən gəlir ötən illə müqayisədə 6,6% artıb”.

S.Şərifov ötən il əldə olunan makroiqtisadi vəziyyət, dövlət büdcəsi xərclərinin icra vəziyyəti haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 2013-cü ildə əsas kapitala yönəldilmiş vəsaitlər 15,1% artaraq, 17, 9 mlrd. manat təşkil edir.

Qanun layihəsi 100 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla qanun qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR