YAP-ın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilir - FOTO

YAP-ın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilir - <span style="color: red;">FOTO
# 28 iyun 2014 10:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında hakim partiyanın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilir.

APA-nın xəbərinə görə, tədbirdə baş nazirin müavini, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov, hakim partiyanın icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı və digərləri iştirak edir.


Toplantıda çıxış edən YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, bu müşavirə iki başlıca məsələyə həsr olunub. Onun sözlərinə görə, iclasda ilk növbədə partiyadaxili məsələlər müzakirə predmeti olacaq: “Növbəti toplantıda ənənəyə davam edərək partiyadaxili məsələləri müzakirə olunacaq. Keçən dövr ərzindəki fəaliyyətə qiymət veriləcək, qarşıda duran vəzifələr müəyyənləşdiriləcək”.

Ə.Əhmədov qeyd edib ki, ikinci məsələ bu ilin dekabr ayında ölkədə keçiriləcək növbəti bələdiyyə seçkilərinə həsr olunacaq. Onun fikrincə, müşavirədə bələdiyyə seçkiləri ilə əlaqədar YAP-ın bütövlükdə və yerli təşkilatlar qarşısında duran vəzifələr müzakirəyə çıxarılacaq: “Qarşıdakı seçkilərin yüksək səviyyədə keçməsi üçün müvafiq tapşırıqlar veriləcək. Bir növ biz partiyanın müvafiq qurumlarını geniş insanı resurslarını qarşıdan gələn bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün səfərbər edilməsi ilə əlaqədar tapşırıqlar veriləcək. Bu, bizim illər boyu davam edən ənənəmizdir. Bu ənənə, zamanında seçki kampaniyasına başlamaq, uzunmüddətli hazırlıq işləri aparmaq bizə böyük uğur gətirib”.

Qeyd edək ki, sonra YAP-ın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi müşavirə mətbuatın iştirakı olmadan davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR