Ermənistan Rusiyadan aldığı pilotsuz uçuş aparatlarını Silahlı Qüvvələrin istismarına daxil edib - FOTO

Ermənistan Rusiyadan aldığı pilotsuz uçuş aparatlarını Silahlı Qüvvələrin istismarına daxil edib - <span style="color: red;">FOTO
# 23 noyabr 2013 11:51 (UTC +04:00)

APA-nın məlumatına görə, ermənilərə məxsus sosial şəbəkələrdə bu yaxınlarda Ermənistanda keçirilmiş tədbirlərin birində Rusiyadan satın alınmış PUA-ların fotoları yayılıb.

Fotolardan göründüyü kimi, Ermənistan Müdafiə Nazirliyi Rusiya istehsalı olan «Ptero-E5» tipli PUA-ları istifadə edir. PUA-lar təlim zamanı enməni paraşütlə yerinə yetiriblər.

Qeyd edək ki, «Ptero» tipli PUA-lar Smolenskdə yerləşən «AFM-Servers» şirkəti tərəfindən istehsal edilir. Adıçəkilən şirkətin baş direktoru Əmir Vəliyev bir müddət əvvəl Ermənistana 2012-ci ildə «Ptero-E5» tipli PUA-ların 4 kompleksini çatdırdıqlarını bildirmişdi. O bu PUA-ların Ermənistan Fövqəladə Hallar Nazirliyinə satıldığını söyləsə də, aparatlar Müdafiə Nazirliyi tərəfindən keçirilən tədbirdə nümayiş etdirilib.

«Ptero-E5» tipli PUA-lar elektrik mühərriki ilə təchiz olunub və havada 8 saat qala bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR