Şirvan sakini naməlum şəraitdə bıçaqlanıb

Şirvan sakini naməlum şəraitdə bıçaqlanıb
# 10 iyun 2014 07:22 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən bildirilib.

Məlumata görə, hadisə gecə saat 23.10 radələrində Şirvan şəhəri T.İsmayılov küçəsində qeydə alınıb. Şirvan sakini Xəqani küçəsi 4, mənzil 68 ünvanında yaşayan 1984-cü il təvəllüdlü Rəsulov Emin Rasim oğlu qarın boşluğuna nüfuz edən bıçaq yarası ilə Şirvan Şəhər Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Ona xəsarət yetirən şəxsin kimliyi hələlik istintaqa məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR