Putin: «İranın öhdəliklərini pozmasına dair sübut yoxdur»

Putin: «İranın öhdəliklərini pozmasına dair sübut yoxdur»
# 11 iyun 2013 20:54 (UTC +04:00)

Bakı-APA. İranın kütləvi qırğın silahının yayılmaması barədə öhdəliklərini pozması barədə sübut yoxdur. APA-nın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin «Russia Today» telekanalına müsahibəsində bildirib.

"İranın bu sahədə qaydalara əməl etdiyinə mən şübhə etmirəm. Çünki bunun əksini göstərən heç bir sübut yoxdur. AEBA-nın sonuncu hesabatı İranın prinsip etibarilə götürdüyü öhdəliklərə əməl etdiyini göstərir», deyə Putin əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR