AMEA Mərkəzi Elmi Kitabxananın direktor müavini təyin edilib

AMEA Mərkəzi Elmi Kitabxananın direktor müavini təyin edilib
# 08 may 2014 09:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın ümumi işlər üzrə direktor müavini vəzifəsinə təyinat olub.

APA-nın məlumatına görə, AMEA Rəyasət Heyətinin iclasında qəbul olunmuş qərara əsasən, bu vəzifəyə Azər Cəfərov təsdiqlənib.

Azər Bəhram oğlu Cəfərov 7 iyul 1949-cu ildə anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini, 1988-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. 2005-ci ildə “Əməkdar mədəniyyət içşisi” Fəxri adını alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR