“ASAN” Səyyar xidməti Salyan və Neftçalada fəaliyyətə başlayıb

“ASAN” Səyyar xidməti Salyan və Neftçalada fəaliyyətə başlayıb
# 08 iyul 2013 08:54 (UTC +04:00)

Bakı-APA. “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edirlər.

“ASAN” Xidmətindən APA-ya verilən məlumata görə, artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində isə Şamaxı, Qobustan və Ağsu rayonlarının sakinlərinə “ASAN” Səyyar Xidmət göstərilib.

6-20 iyul tarixində Salyan və Neftçala rayonlarının ümumi sayı 200000-dən çox olan sakinləri “ASAN” Səyyar Xidmətdən Salyan rayonunda yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.

“ASAN” Səyyar Xidmət 2 istiqamət üzrə göstərilməkdədir. Şimal istiqamətində avtobuslar İsmayıllı, Balakən və digər rayonlara, cənub istiqamətində isə Lənkəran, Masallı və digərlərinə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR