Yeganə Hacıyeva: “İstefam birmənalı olaraq, Müsavatın Milli Şuradan ayrılmaq istəyi ilə bağlı idi”

Yeganə Hacıyeva: “İstefam birmənalı olaraq, Müsavatın Milli Şuradan ayrılmaq istəyi ilə bağlı idi”
# 07 yanvar 2014 10:49 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyasının Milli Şuradan ayrılması haqqında qərarı gözlənilməz deyildi. Bu haqda Müsavat Partiyasının rəhbərliyində danışıqlar gedirdi. Bununla bağlı partiyalara da, siyasi qurumlara da müttəfiqlik təklif edilirdi ki, Milli Şuradan çıxarkən tənqidlərə məruz qalmasınlar”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının keçmiş müşaviri, Milli Şuranın üzvü, Yeganə Hacıyeva Müsavat Partiyasının Milli Şuradan ayrılmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, təmsil olunduğu partiyadan istefası da birmənalı olaraq, Müsavatın Milli Şuradan ayrılmaq istəyi ilə bağlı olub.

Y. Hacıyeva bildirib ki, bu qərar partiyada birmənalı qarşılanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR