Bakıda “GreenEvo” layihəsinin qaliblərinin növbəti təqdimat mərasimi keçirilib - VİDEO - FOTO

Bakıda “GreenEvo” layihəsinin qaliblərinin növbəti təqdimat mərasimi keçirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 25 sentyabr 2013 08:01 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bu gün Bakıda “GreenEvo - Yaşıl Texnologiyaların Akseleratoru” layihəsinin qaliblərinin növbəti təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Polşanın Azərbaycandakı səfiri Mixal Labenda “GreenEvo” layihəsi barədə tədbir iştirakçılara qısa məlumat verib.

Səfir bildirib ki, proqramın əsas məqsədlərdən biri təcrübə mübadiləsi üçün platforma yaratmaqdır, ətraf mühitin qorunması ilə bağlı texnologiyaların xarici bazarlara çatdırılmasıdır.

M.Labenda əlavə edib ki, Azərbaycan Polşa kimi inkişaf edir və bu da ekoloji sahədə müəyyən problemlərə gətirib çıxarır: “Bu gün qalib gələn Polşa şirkətləri də əsasən tullantıların yenidən istifadə olunması, çirkab suların təmizlənməsi, biomüxtəlifliyinin qorunması sahəsində işləyirlər”.

Daha sonra çıxış edən Azərbaycan sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov bildirib ki, bugünkü tədbirdə Polşadan 14, Azərbaycandan 40 şirkətin nümayəndələri iştirak edirlər. Azərbaycanın ekoloji sahəyə böyük diqqət yetirdiyini deyən nazir müavini qeyd edib ki, bu sahə çoxlu maddi vəsait tələb edir: “Azərbaycan iqtisadiyyatının inkişaf etməsi bu sahəyə vəsait ayrılmasına imkan verir. Azərbaycanda çoxlu zavodlar tikilir və onlar ən müasir avadanlıqla təchiz olunur. Eyni zamanda ölkəmizdə bərk tullantıları emal edən zavod da inşa olunub”.

Çıxışlardan sonra layihə çərçivəsində qalib gələn şirkətlərin təqdimatı keçirilib. Bundan sonra Polşa şirkətlərinin azərbaycanlı sahibkarlarla və dövlət strukturlarının nümayəndələri ilə görüşləri baş tutub.

Qeyd edək ki, hər il “GreenEvo” layihəsi Polşanın ekoloji sahədə çalışan şirkətlərinə digər ölkələrdə tərəfdaşlar tapmaqda yardım göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR