Heydər Əliyevə həsr olunan akademik araşdırma nəşr olunub

Heydər Əliyevə həsr olunan akademik araşdırma nəşr olunub
# 11 sentyabr 2013 12:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ikicildlik fundamental “Heydər Əliyev” akademik araşdırması üzərində işi başa çatdırıb.

AMEA Tarix İnstitutundan APA-ya verilən xəbərə görə, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun baş redaktorluğu ilə nəşr edilən fundamental elmi araşdırmanın birinci cildi Heydər Əliyevin ömür yolunun Azərbaycan SSR-in dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti, Azərbaycan SSR-ə rəhbərliyi və SSRİ-nin ali rəhbərliyindəki fəaliyyəti dövrlərini əhatə edir. Cild 9 fəsli əhatə edən 3 bölmədən ibarətdir. Əsərin Heydər Əliyevin ömür yolunun müstəqillik dövrünü əhatə edən ikinci cildi isə “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” adlı giriş məqaləsi və 8 fəsli əhatə edən 2 bölmədən ibarətdir.

“Heydər Əliyev” ikicildliyi Heydər Əliyevə həsr olunmuş ilk akademik araşdırmadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR