Bakıda yol polisi avtobus sürücülərinə qarşı reydlərə başlayıb

Bakıda yol polisi avtobus sürücülərinə qarşı reydlərə başlayıb
# 10 iyun 2014 09:37 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda avtobus sürücülərinə qarşı reyd keçirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxt ərazisində son vaxtlar avtobuslar arasında baş verən yol qəza hadisələrinin artdığını nəzərə alaraq idarə rəisinin göstərişinə əsasən paytaxtın bütün küçə və prospektlərində avtobus sürücülərinə qarşı reydlərə start verilib.

Reyd zamanı avtobus sürücülərinin sürücülük vəsiqələrində “D” kateqoriyası, yol hərəkət qaydasına necə riayət etməsi, dayanacaqlarda sərnişinlərin avtobusa minib-düşmə qaydasına riayət etməsi qaydaları yoxlanılacaq.

V.Əsədov iyunun 15-dən iyulun 15-ə qədər "Sürücülər, intizamlı olaq!" adı altında hərəkətin təhlükəsizliyi ayı keçiriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR