FHN Bakıda atelyedə baş verən yanğının qarşısını alıb - FOTOSESSİYA

FHN Bakıda atelyedə baş verən yanğının qarşısını alıb - <span style="color: red;">FOTOSESSİYA
# 02 may 2014 19:35 (UTC +04:00)

APA-nın xəbərinə görə, hadisə Səbail rayonu Molla Vəli Vidadi 183 ünvanında yerləşən atelyedə qeydə alınıb.

Ütünün sancılı vəziyyətdə qalması az qalsın atelyenin kül olmasına səbəb olacaqmış. Mağazada yaranan tüstünü görən vətəndaşlar dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng vuraraq məlumat veriblər.

Hadisə yerinə nazirliyin Dövlət yanğından Mühafizə İdarəsinin Səbail Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Atelyenin şüşə qapısı bağlı olduğundan yanğınsöndürənlər qapını qıraraq içəri daxil olublar.

Baş verən yanğının qarşısı tez bir zamanda alınıb. Yanan ütü və masa atelyedən kənarlaşdırıldıqdan sonra bir sıra qabaqlayıcı tədbirlər görülüb. Hadisə nəticəsində atelyedəki geyimlərə ziyan dəyməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR