Bakıda BQXK-nın 150 illiyi ilə bağlı foto-sərgi açılıb

Bakıda BQXK-nın 150 illiyi ilə bağlı foto-sərgi açılıb
# 11 dekabr 2013 07:53 (UTC +04:00)

Bakı-APA. Bakıda Milli İncəsənət Muzeyində "Humanitar fəaliyyətin 150 illiyi: Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyəti diqqət mərkəzində" adlı foto-sərgi açılıb.

Bu barədə APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Sərgi BQXK və İsveçrə səfirliyi tərəfindən təşkil edilib.

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran sərginin açılışında bunları deyib: "1992-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərən BQXK, Dağlıq Qarabağdakı silahlı münaqişənin təsirindən əziyyət çəkən insanların əziyyətlərini azaltmağa çalışır. Fotoların əksəriyyətində öz əksini tapmış və bizim əsas fəaliyyətlərimizdən biri, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan ehtiyacı olan insanlara göstərilən dəstəkdən ibarətdir. Biz, əsas tərəfdaşımız olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əl-ələ işləyərək müharibənin təsir etdiyi ərazilərdəki humanitar vəziyyəti yaxşılaşdırmağa çalışırıq”.

İsveçrənin Azərbaycandakı səfiri Paskal Aibeşeğ isə qeyd edib ki, onlar BQXK-nın yaranmasının 150 illiyinin qeyd olunması ilə bağlı belə bir tədbirin təşkilatçısı olmaqdan çox məmnundurlar: “İllər əvvəl BQXK ancar İsveçrə vətəndaşlarının işlədiyi kiçik bir təşkilat idi. İndi isə bu təşkilat, dünyanın 90-dan çox ölkəsində müxtəlif humanitar yardım fəaliyyəti həyata keçirir".

İki professional fotoqrafın Azərbaycanda çəkdiyi 36 foto, Milli İncəsənət Muzeyində 22 dekabr tarixinədək ictimaiyyət üçün açıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR