“Turanbank”ın aktivləri 15% artıb

“Turanbank”ın aktivləri 15% artıb
# 22 noyabr 2013 08:39 (UTC +04:00)

Bakı. Nail Hüseynli - APA-Economics. Azərbaycanın “Turanbank” ASC-nin aktivlərinin həcmi bu ilin noyabrın 1-nə 237,33 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin analoji dövrü ilə müqayisədə 14,9%, ilin əvvəli ilə müqayisədə isə 9,3% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2013-cü ilin əvvəli ilə müqayisədə 13,9%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 18,1% artaraq 183,671 mln. manata çatıb.

Bu ilin yanvar-oktyabr ayları üzrə bankın müştəri hesabları və depozit portfeli 104,1 mln. manat təşkil edib. Fiziki şəxslərin müddətli əmanətləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 32,6% artaraq 57,536 mln. manat təşkil edib.

Noyabrın 1-nə bankın nizamnamə kapitalı 40 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 33,3% çoxdur. Hesabat dövründə bankın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 42,79%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 33,8% artaraq 45,5 mln. manat təşkil edib.

Yanvar-oktyabr ayları üzrə bankın gəlirləri 22,7 mln. manat, xərcləri isə 18,085 mln. manat və beləliklə balans mənfəəti 4,615 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR