ATƏT PA-nın komitəsində Rusiyanın Ukrayna ilə bağlı təklifi qəbul olunub

ATƏT PA-nın komitəsində Rusiyanın Ukrayna ilə bağlı təklifi qəbul olunub
# 30 iyun 2014 10:30 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclasında “Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik” adlı qətnamə layihəsinin müzakirəsində Rusiyanın Ukrayna ilə bağlı irəli sürdüyü təklif qəbul olunub.

APA-nın məlumatına görə, komitə sədri İsabel Santosun rəhbərliyi ilə keçirilən iclasda Rusiya nümayəndə heyəti qətnamə layihəsinə Ukrayna barədə düzəliş təklif edib. Rusiyanın təklif etdiyi 27-ci düzəliş belədir: “Ukraynada son hadisələr zamanı, xüsusilə də 2 may 2014-cü il tarixində Odessada insanların kütləvi, faciəli ölümü ilə bağlı beynəlxalq hüquq təşkilatlarının iştirakı ilə obyektiv, hərtərəfli və açıq istintaq aparılsın”.

Təklifin müzakirəsi zamanı ABŞ nümayəndə heyəti düzəlişə sərt etiraz edib. Çıxış edən ABŞ-ın ATƏT PA-da nümayəndə heyətinin sədr müavini, konqresmen Benjamin Kardin bunun qəti əleyhinə olduqlarını bildirib: “Bütün bunlar Rusiyanın təxribatıdır. Hamıya məlumdur ki, oradakı hadisələr Rusiyanın təhriki ilə baş verib. Biz bu düzəlişi qəbul etsək, Rusiyaya yeni imkanlar tanımış olacağıq ki, Ukraynada yeni əməliyyatlar keçirsin”.

ABŞ və bir sıra avropalı deputatların etirazına baxmayaraq, səsvermə zamanı bitərəflər istisna olmaqla, 25 lehinə, 23 əleyhinə olmaqla düzəliş qəbul edilib. Səsvermədə Ukrayna da lehinə səs verib və belə araşdırmasının aparılmasının tərəfdarı olduğunu bildirib. Azərbaycan isə bitərəf qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR