Ukraynanın təhsil naziri ölkədəki gərgin vəziyyətlə bağlı azərbaycanlılar da daxil olmaqla azsaylı xalqların nümayəndələri ilə toplantı keçirib

Ukraynanın təhsil naziri ölkədəki gərgin vəziyyətlə bağlı azərbaycanlılar da daxil olmaqla azsaylı xalqların nümayəndələri ilə toplantı keçirib
# 20 may 2014 18:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Ukraynanın elm və təhsil naziri Sergey Kvit ölkədə yaşayan azərbaycanlılar da daxil olmaqla azsaylı xalqların nümayəndələri ilə birgə nazirlik yanında İctimai Şuranın iclasını keçirib. Ukrayna Qafqaz Xalqları Konqresinin (UQXK) rəhbəri Paşa İlisuyskinin (Məmmədov) APA-ya verdiyi məlumata görə, iclasda nazir azsaylı xalqların bir sıra təkliflərini hökumət adından qeydə alıb.

İclasda ölkədə yaşayan azsaylı xalqlar adından Ukrayna Millətlər Assambleyası, Ukrayna Qafqaz Xalqları Konqresi, Ukrayna Rumınları Konqresi, Ukrayna Almanları Birliyi, Ümumukrayna Rusiya Mədəniyyəti Birliyi, Moldovan Milli-Mədəniyyəti Assosiasiyası, Ukrayna Qaqauzlar İttifaqı və digər xalqların nümayəndələri də daxil olmaqla 23 azsaylı xalqın diasporu iştirak edib.

İclasda nazir Sergey Kvit bildirib ki, Ukraynada baş verən hadisələr, milli azlıqların öz dillərində təhsilin ümumi siyasətinə təsir etməməlidir: “Ukraynada mövcud olan bütün dil və mədəniyyətlərə dəstək vermək vacib işlərdən biridir. Ukrayna Təhsil və Elm Nazirliyindən asılı olan nə varsa ediləcək”.

Çıxış edən, Paşa İlisuyski (Məmmədov) UQXK yanında Ukraynada təhsil alan Qafqaz mənşəli tələbələri ilə iş aparan iri bir treninq mərkəzinin fəaliyyəti haqqında məlumat verib və bu sahədə Nazirliklə əməkdaşlıq etməyi zəruri hesab etdiyini bildirib. “Bu gün UQXK yanında tələbələrlə iş aparan iri bir mərkəz fəaliyyət göstərir. Biz Ukraynada təhsil alan Qafqaz mənşəli hər bir tələbə ilə əlaqə qurmaq imkanınız var. Qafqaz mənşəli tələbələrin Ukrayna sosial və ictimai həyatına inteqrasiya olunmasında Nazirliklə əməkdaşlıq qursaq bu daha böyük nəticələr verə bilər”.

Nazir belə bir əməkdaşlığı bəyəndiyini və P.İlisuyskiy tərəfindən təklifləri gözlədiyini bildirib.

Ukrayna Millətlər Asssambleyasının vitse prezidenti Arkadiy Monastirski isə məktəblilər arasında Ukraynada yaşayan milli azlıqların ana dili və mədəniyyəti olimpiadasının keçirilməsinin vacibliyini təklif edib. Təklif qəbul olunub.

Qeyd edək ki, Ukrayna Millətlər Assambleyasının azərbaycanlı prezidenti Rövşən Tağıyev mayın 14-də Kiyevdə naməlum şəxslər tərəfindən sui-qəsdə məruz qalaraq yaralandığı üçün tədbirə qatıla bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR