Cənubi Kipr hökuməti istefa verib

Cənubi Kipr hökuməti istefa verib
# 28 fevral 2014 12:01 (UTC +04:00)

Bakı – APA. Kipr Respublikasının Nazirlər Kabineti istefa verib.

APA-nın EFE agentliyinə istinadən verdiyi məlumata görə, nazirlər bu qərarı prezident Nikos Anastasiadisin hökumətdə dəyişiklikləri etməsi üçün verdiklərini bildiriblər.

Qeyd edək ki, partiyaların birinin hakim koalisiyasından çıxması ölkə başçısını hökumətin tərkibinə yenidən baxmasını zəruri edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR