Opera və Balet Teatrının solistləri TÜRKSOY-un mükafatına layiq görülüblər - FOTO

Opera və Balet Teatrının solistləri TÜRKSOY-un mükafatına layiq görülüblər - <span style="color: red;">FOTO
# 21 may 2014 11:07 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Opera və Balet Teatrının solistləri TÜRKSOY-un mükafatına layiq görülüblər.

Dirijor Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, Astanada “Konqres Xoll” salonunda SSR xalq artisti, görkəmli qazax bəstəkarı Erkegeli Raxmediyevin “Alpamıs” operasının premyerası olub.

Konsertdə Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının, Abay adına Qazaxıstan Dövlət Opera Teatrının solistləri və dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Astana Filarmonik orkestri və xoru iştirak edib.

Bəstəkar E.Raxmadiyevin vəfatının birinci ildönümünə həsr olunan tədbir TÜRKSOY-un təşkilatçılığı və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Astana Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Opera Teatrının dəstəyi ilə keçirilib. Əsas rolların ifaçıları – İlahə Əfəndiyeva (Gülbarşın), Fəridə Məmmədova (Mıstan), Fərid Əliyev (Karaman), Səbinə Vahabzadə (Ana torpaq), Tələt Hüseynov (Tayşik xan), Tural Ağasiyev (Keykuat), Anton Ferştant (Alpamıs) və Qazaxıstanın xalq artisti, tanınmış opera müğənnisi Gülzat Dauırbayevanın (Karağöz) ifaları qazax dinləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə TÜRKSOY-un rəhbəri Düseyin Kaseyinov, Qazaxıstanın mədəniyyəti nazirinin müavini Askar Buribayev və Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov dirijor və solistləri təbrik etmiş və onlara TÜRKSOY-un yubiley medalını təqdim ediblər.

Qeyd edək ki, “Alpamıs” operası 2013-cü ilin mayında Azərbaycan Akademik Opera və Balet teatrında ilk dəfə olaraq nümayiş olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR