İkinci və üçüncü kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində çalışanların elmi dərəcələrinə görə vəzifə maaşlarına əlavələr müəyyənləşib

İkinci və üçüncü kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində çalışanların elmi dərəcələrinə görə vəzifə maaşlarına əlavələr müəyyənləşib
# 04 mart 2014 13:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında” qərarında dəyişikliklər edib.

APA-nın verdiyi məlumata görə, “Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında” qərarın adı dəyişdirilib və “Vəzifə maaşlarına elmi dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında” qərar adlandırılıb.

Dəyişikliyə əsasən, ikinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil müəssisələrində çalışan elmlər doktoru elmi dərəcəsi olan işçilərə 44 manat (bilavasitə ixtisası üzrə çalışanlara 88 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan işçilərə isə 24 manat (bilavasitə ixtisası üzrə çalışanlara 48 manat) məbləğində vəzifə maaşlarına əlavələr müəyyən edilib. Eyni zamanda üçüncü kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil müəssisələrində və digər elmi tədqiqat idarələrində çalışan elmlər doktoru elmi dərəcəsi olan işçilərə 38 manat (bilavasitə ixtisası üzrə çalışanlara 76 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan işçilərə isə 18 manat (bilavasitə ixtisası üzrə çalışanlara 36 manat) məbləğində vəzifə maaşlarına əlavələr müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR