Gürcüstan vətəndaşı Azərbaycanda avtomobildən külli miqdarda pul oğurlayıb

Gürcüstan vətəndaşı Azərbaycanda avtomobildən külli miqdarda pul oğurlayıb
# 06 mart 2014 10:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Gürcüstan vətəndaşı Azərbaycanda avtomobildən külli miqdarda pul oğurlayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ), Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsini və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Vüqar Babayevə məxsus avtomobildən 28 159 manat və 35 000 dollar oğurlamış Gürcüstan vətəndaşı Qela Alquşvili martın 5-də Yevlax rayonu ərazisində “Opel” markalı avtomobili idarə edərkən BDYPİ-nin Yevlax rayonu ərazisindəki postunda saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR