Təhsil Nazirliyi valideyn himayəsindən məhrum olan tələbələrin təhsil haqlarından azad olunması məsələsinə aydınlıq gətirib

Təhsil Nazirliyi valideyn himayəsindən məhrum olan tələbələrin təhsil haqlarından azad olunması məsələsinə aydınlıq gətirib
# 09 sentyabr 2013 08:55 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, hazırda yeni tədris ili başlanma ərəfəsində olduğu üçün nazirlikdə cari ildə ali təhsil müəssisələrinə qəbul olub və təhsil haqqından azad olan valideyn himayəsindən məhrum olmuş tələbələrin sayı barədə məlumat yoxdur. Qeyd olunan məsələ ilə bağlı ali təhsil müəssisələrinə müvafiq sorğu göndərilib.

Qeyd edək ki, bu il Milli Məclisin yaz sessiyasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun layihəsi qəbul edilib və prezident İlham Əliyev həmin qanun layihəsini imzalayıb. Bu qanun layihəsinin icrası çərçivəsində cari il ali məktəblərə qəbul olan və valideyn himayəsindən məhrum olan tələbələr təhsil haqlarından azad olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR