Avstriyanın xarici işlər naziri: “Viktor Yanukoviç Vilnüs sammitinə gedəcəyini bildirdi”

Avstriyanın xarici işlər naziri: “Viktor Yanukoviç Vilnüs sammitinə gedəcəyini bildirdi”
# 22 noyabr 2013 15:11 (UTC +04:00)

APA-nın Vyanaya ezam olunmuş Avropa müxbiri xəbər verir ki, nazir Ukraynanın Avropa Birliyi ilə assosiativ saziş imzalamaqdan imtina etməsinin səbəblərindən danışıb.

M. Şpindelegger bildirib ki, bunun başlıca səbəbi Ukraynanın iqtisadi maraqlarıdır: “İkincisi isə bu, bir perspektiv məsələsidir və burada yalnız Ukrayna özü qərar verə bilər. Biz bu sazişin hazırlanması prosesində müzakirə edilən məsələləri Ukrayna ilə əməkdaşlığımız çərçivəsində davam etdirməliyik. Bunlar əsasən insan hüquqları, ədalətli məhkəmə kimi məsələlərdir. Cənab Yanukoviç Vilnüs sammitinə gedəcəyini, orada vəziyyətə aydınlıq gətirəcəyini söyləyib və dialoqun aparılmasının vacibliyini vurğulayıb. Siz də yaxşı bilirsiniz ki, Ukraynanın indiki iqtisadi problemləri və əsasən də Rusiya ilə olan münasibətləri bu ölkəyə əsas verir ki, bu sazişi hazırkı mərhələdə imzalamasın. Biz, Avropa Birliyi olaraq, bu sənədin hazırlanmasına çox vaxt və güc sərf etdik və Vilnüsdə bu sənədin imzalanmasına bir həftə qalmış, belə bir qərar qəbul olunur. Çox gec qərar verdilər və hazırda bunun nə ilə nəticələnəcəyi hələ bilinmir. Sizi əmin edirəm ki, Avropa Birliyində heç də hamı belə proqramların, şərq tərəfdaşlıqlarının, sazişlərin tərəfdarı deyil. Bunlar çox baha başa gələn proqramlardır. Fikrimcə, bunun davam olunacağı və ya dayandırılacağı haqda fikir söyləmək tezdir, hələlik proses davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR