Viktor Yanukoviç müxalifəti kompromisə çağırıb

Viktor Yanukoviç müxalifəti kompromisə çağırıb
# 19 fevral 2014 07:20 (UTC +04:00)

Bakı – APA. Ukrayna prezidenti Viktor Yanukoviç müxalifəti ölkənin gələcəyi naminə kompromisə çağırıb. APA-nın xəbərinə görə, müraciət prezidentin saytında dərc olunub.

“Bəli, biz artıq ölənləri geri qaytara bilmərik. Bəli, biz hakimiyyətə can atanların ambisiyaları üzündən çox böyük əvəz ödədik. Lakin qurbanların daha çox olmaması üçün mən hər kəsə müraciət edirəm – özünüzə gəlin! Danışıqlar masası arxasına oturub Ukraynanı xilas etmək lazımdır. Əgər biz dövləti dağıtsaq, gələcək nəsillər bunu bizə bağışlamayacaq!”

Ukrayna prezidenti qarşıdurmanın lap əvvəlindən güc tətbiqinin əleyhinə olduğunu və tərəfləri dialoqa çağırdığını xatırladıb. O bildirib ki, bəzi müşavirləri onu ən sərt üsullarla güc tətbiqinə razı salmağa çalışsalar da, ən yaxşı və effektiv vasitə ümumi dil tapmaq və kompromisə getməkdir.

Lakin bununla yanaşı, V. Yanukoviç Kiyevdə baş verənlərə görə məsuliyyəti müxalifət liderlərinin boynuna qoyub. Onun sözlərinə görə, problemin sülh yolu ilə həllinə çalışdığını söyləyən müxalifət liderləri dərhal hüquq-mühafizə orqanları ilə toqquşmalara gedən radikallardan özlərini ayırmalıdır. Dövlət başçısı ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, fevralın 19-na keçən gecə - Müstəqillik meydanında döyüşlərin getdiyi saatlarda müxalifət liderlərindən olan Vitali Kliçko Viktor Yanukoviçin iqamətgahına gedərək onunla görüşüb. Görüşdən sonra V. Kliçko bildirib ki, prezident baş verənlərə tam qeyri-adekvat reaksiya verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR