“Azərbaycanfilm”in direktoru: “İşbirliyimiz alınsa, Amerika kinoşirkəti ilə müştərək film çəkəcəyik”

“Azərbaycanfilm”in direktoru: “İşbirliyimiz alınsa, Amerika kinoşirkəti ilə müştərək film çəkəcəyik”
# 29 may 2013 09:26 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva –APA. “Sentyabr ayında aparıcı Amerika şirkətinin 10-a yaxın ssenaristi Azərbaycana gələcək. Onlar azərbaycanlı ssenaristlərlə birgə müştərək filmin çəkilişi üçün ssenarinin seçilməsində iştirak edəcəklər. Hələ müqavilə imzalanmadığı üçün şirkətin adını çəkə bilmərəm. Əgər işbirliyimiz alınsa, Amerika kinoşirkəti ilə müştərək film çəkəcəyik”.

Bu sözləri jurnalistlərə açıqlamasında “Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmov deyib. O bildirib ki, xarici kino şirkətlərinin Azərbaycanla müştərək film layihələrinə marağı artıb və onların Azərbaycanda rahat fəaliyyəti üçün bir çox imkanlar yaradılır: “Kino sənayesinin düzgün mexanizmi qurulmasa, biz istədiyimiz nəticələri əldə edə bilmərik. Ona görə də bu istiqamətdə ciddi addımlar atırıq. Öncə kino haqqında qanunda dəyişikliklərin edilməsinə çalışırıq. Kino haqqında qəbul edilən qanun yaxşıdır, amma bu gün onun bəzi məqamları günün tələblərinə cavab vermir və artıq bu qanunun dəyişdirilməsi üzərində işlər gedir. Çalışırıq ki, xarici şirkətlərin Azərbaycanda rahat fəaliyyət göstərməsi üçün verginin və bir çox sahələrin ləğvinə nail olaq. Bu da Azərbaycana böyük yatırımın gəlməsi və xarici şirkətlərin Azərbaycanla müştərək işləməsinə şərait yaradar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR