Şəmkirdə 57 yaşlı piyadanı avtomobil vuraraq öldürüb - VİDEO

Şəmkirdə 57 yaşlı piyadanı avtomobil vuraraq öldürüb - <span style="color: red;">VİDEO
# 05 fevral 2014 16:47 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Qazax magistral yolunun 399-cu km-liyində, Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü Şahin Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Şəmkir rayon Muxtariyyə kənd sakini, 1957-ci il təvəllüdlü Eyvaz Vəliyevi vurub. Xəsarət alan E.Vəliyev hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR