Filarmoniyada bəstəkar Fərəc Qarayevin 70 illik yubileyinə həsr olunan konsert keçirilib

Filarmoniyada bəstəkar Fərəc Qarayevin 70 illik yubileyinə həsr olunan konsert keçirilib
# 30 noyabr 2013 09:32 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Noyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayevin 70 illik yubileyinə həsr olunan konsert keçirilib.

Filarmoniyadan APA-ya verilən məlumata görə, bəstəkarın yubileyi münasibətilə filarmoniyanın foyesində Fərəc Qarayevin həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət sərgi olub.

Yubiley konsertində musiqi əsərlərini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayev, solisti Stanislav Malışevdir. Konsertdə həmçinin Fərəc Qarayevin valideynlərinin xatirəsinə həsr olunan əsərləri səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR