Kabardin-Balkarda beynəlxalq terror təşkilatının 5 üzvü saxlanılıb

Kabardin-Balkarda beynəlxalq terror təşkilatının 5 üzvü saxlanılıb
# 11 yanvar 2014 21:23 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində keçirilmiş əməliyyat nəticəsində beynəlxalq terror təşkilatının 5 üzvü saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin açıqlamasında bildirilir.

Məlumata görə, antiterror əməliyyatın keçirildiyi ərazidə hərbi sursat, qumbaralar və istifadəyə hazır vəziyyətə gətirilmiş 2 kq trotil ekvivalentində olan partlayıcı qurğu aşkarlanıb. Partlayıcı qurğu hadisə yerində zərərsizləşdirilib.

Əməliyyat nəticəsində əhali və şəxsi heyət arasında xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR