Xaçmaz rayonunda “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib

Xaçmaz rayonunda “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib
# 05 mart 2014 16:51 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Xaçmaz rayonunda konfrans keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Xaçmaz rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli rayonda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması, radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərin qarşısının alınması istiqamətində görülən işlər barədə iştirakçıları məlumatlandırıb.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev, rayon İcra Hakimiyyəti başçısının müavini, İH yanında dini işlər üzrə komissiyanın sədri Yetkin Mehmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə dini icmasının sədri Yaşar Rzayev, rayon Ağsaqqallar Şurasının sədri Böyükağa Məmmədov və digər şəxslər mövzu ətrafında çıxış ediblər.

Müzakirələrdə radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrı-seçkilik və ədavət salınmasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə hələ 2009-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən xüsusi tədbirlər planının hazırlanaraq icraya yönəldildiyi diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR