Polis Moskva bazarlarında genişmiqyaslı əməliyyat keçirir

Polis Moskva bazarlarında genişmiqyaslı əməliyyat keçirir
# 30 iyul 2013 08:36 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Moskva bazarlarında polis genişmiqyaslı profilaktik tədbirlər keçirir. APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, ötən gün başlamış profilaktik əməliyyat tədbirləri nəticəsində 470-dən artıq şəxs saxlanılıb.

Bütün saxlananların cinayətlərdə və inzibati qanun pozuntularında iştirakı yoxlanacaq.

Əməliyyatlara səbəb bazarlardan birində cinayət törətmiş şəxsi təqib edən polisə hücumun olmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR