Ermənistan XİN başçısı Avropa Birliyinin xüsusi nümayəndəsi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Ermənistan XİN başçısı Avropa Birliyinin xüsusi nümayəndəsi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
# 22 yanvar 2014 08:30 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort Ermənistan xairici işlər naziri Edvard Nalbandyanla görüşüb.

APA – nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, yanvarın 21-də baş tutan görüşdə tərəflər Ermənistan-Avropa Birliyi münasibətlərini, habelə Cənubi Qafqazdakı vəziyyəti və regional münaqişələrin həllinə yönəlik səyləri müzakirə edib.

Xatırladaq ki, yanvarın sonunda F. Lefortun Avropa Birliyinin xüsusi nümayəndəsi postundakı missiyası bitir. Hazırda onun yerinə namizəd olan şəxslər arasında seçim aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR