Bakıda bıçaqlanma hadisələri baş verib

Bakıda bıçaqlanma hadisələri baş verib
# 12 mart 2014 07:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda bir gecədə üç nəfər bıçaqlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 11-də Ramana qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Cəsur Məmmədov qarın nahiyəsinin daxilə nüfuz edən bıçaq xəsarəti ilə 3 saylı Xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Səfərov tutulub.

Digər hadisə paytaxtın Məmmədyarov küçəsində qeydə alınıb. Kürdəxanı qəsəbə sakini Ramil Əlibabayev naməlum şəxs tərəfindən bıçaqlanıb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İmran Zərbəliyev saxlanılıb.

Paytaxtın A.Qurban küçəsində Tovuz rayon sakini Emin Qasımov qarın nahiyəsinin aldığı bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Ramiz Babayev həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR