Gəncədə intihar etdiyi ehtimal olunan qadının qətlə yetirildiyi məlum olub - VİDEO

Gəncədə intihar etdiyi ehtimal olunan qadının qətlə yetirildiyi məlum olub - <span style="color: red;">VİDEO
# 14 iyun 2014 07:45 (UTC +04:00)

Gəncə şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalar zamanı Gəncə şəhəri, Nizami rayonu, Puşkin küçəsi ev 55-də yaşayan, 1976-cı il təvəllüdlü Mayisə Mürsəl qızı Ələkbərovanı qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1983-cü il təvəllüdlü Niyaz Hilal oğlu Bayramov tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

Hadisəni törədən N. Bayramov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

***

13 iyun 13:54

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində qeyri-rəsmi nikahda yaşadığı kişi ilə mübahisə edən qadın özünü bıçaqlayaraq öldürüb.

Gəncə Şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Puşkin küçəsində baş verib.

Şəhər sakini, 1976-cı il təvəllüdlü Mayisə Mürsəl qızı Ələkbərova evində qeyri-rəsmi nikahda yaşadığı kişi ilə aralarında yaranan narazılığa görə mətbəx bıçağı ilə döş nahiyəsinə bir zərbə endirib. Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 38 yaşlı qadın orada dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR