® Milli yığmanın oyunçuları yeni “Hyundai Elantra”nı test-drayvdan keçiriblər - FOTO

<font color=red>® </font>Milli yığmanın oyunçuları yeni “Hyundai Elantra”nı test-drayvdan keçiriblər - <span style="color: red;">FOTO
# 28 fevral 2014 07:30 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, brendin bestsellerlərindən olan, 1990-cı ildən indiyədək 8,8 milyon ədəd satılmış “Elantra”nın yeni modelində avtomobil sənayesindəki, demək olar ki, bütün son nailiyyətlər öz əksini tapıb.

Gündüz işıqlarından oturacaqların ventilyasiyası, ön və arxa oturacaqların isidilməsi, müasir multimedia sistemi, arxa oturacaqların havalandırılması, arxa görüntü kamerası, ön və arxa park radarları, ön disklərin gücləndirilmiş əyləc sistemi, 6 hava yastığı, avtopilot pultu kimi xüsusiyyətlər artıq “Hyundai”ın modelləri üçün yenilik sayılmaz. Çox möhkəm polad gövdə qəza zamanı təhlükəni azaldır.

Avtomobilin rahatlıq, təhlükəsizlik və praktikiliyindən doğan emosionallıq bütün səyahət boyu sürücü və sərnişinləri tərk etmir. Əvvəlki “Elantra” ilə müqayisədə avtomobilin ölçülərində dəyişiklik nəzərə çarpmasa da, var - ön və arxa bamperlərin 0,5 və 1,5 sm uzanması ilə avtomobil 2 sm uzanıb. 17 düymlük ikiçalarlı təkər diskləri, xromlu haşiyələr yeni “Elantra”ya premium görünüş, radiator toru, LED faralar isə hi-tech imic verir.

Avtomobilin interyerində arxa sıradakı 3,5 düymlük OLED monitoru, multifunksional sükan çarxını qeyd etməmək olmur. Flex Steer TM sükan çarxı avtomobilin sürətindən asılı olaraq, “yumşala” və ya “bərkiyə” bilir. Yeni “Elantra” Azərbaycana 1,8 benzin mühərriki ilə təqdim edilir.

“Hyundai” yeni “Elantra”nı Azərbaycanda sınaqdan keçirən ilklər arasına milli futbol komandamızın oyunçuları Qara Qarayev və Cavid Hüseynovun adları düşüb. Avtomobil brendinin AFFA ilə tərəfdaşlığı nəticəsində milli yığmanın üzvləri yeni “Elantra” haqqında öz təəssüratlarını brendlə ilk bölüşənlərdən olublar. Öz növbəsində “Hyundai” da xüsusi avtomobil seçiminə malik futbolçuların öz yeniliyinə münasibətini öyrənə bilib.

Hazırda digər markadan avtomobil sürdüyünü bildirən Qara Qarayev növbəti avtomobilinin məhz “Hyundai”dan olacağını deyib. İdmançı buna səbəb kimi başqa brendlərin üst modelləri üçün tətbiq etdiyi xüsusiyyətlərin “Hyundai”ın hətta ən aşağı modellərində belə əks olunduğunu qeyd edib.

Qeyd edək ki, “Hyundai” brendini Azərbaycanda “Auto Azərbaycan” şirkəti təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR