Almaniyada güclü qasırğa nəticəsində 6 nəfər ölüb

Almaniyada güclü qasırğa nəticəsində 6 nəfər ölüb
# 10 iyun 2014 18:22 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Şimali Reyn-Vestfaliya rayonunda baş vermiş güclü qasırğa nəticəsində 6 nəfər ölüb. APA-nın “The Telegraph”a istinadən verdiyi xəbərə görə, Kölndə velosiped sürən 50 yaşlı kişi küləyin aşırdığı ağacın altında qalaraq ölüb. Düsseldorfda isə bağ evinə aşan ağac 3 nəfərin ölümünə səbəb olub. Daha bir nəfərin isə Essendə öldüyü bildirilir.

Güclü qasırğa səbəbindən Düsseldorfda bəzi yollar bağlanıb, tramvayların hərəkəti müvəqqəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR