“Qəbələ” nigeriyalı futbolçu ilə müqavilə bağlaya bilər

“Qəbələ” nigeriyalı futbolçu ilə müqavilə bağlaya bilər
# 13 iyun 2013 11:04 (UTC +04:00)

Bakı – APA. “Qəbələ”nin transfer etmək istədiyi növbəti futbolçunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Yuri Syominin agenti Dmitri Selyuk “Kuban”ın nigeriyalı hücumçusu Əbdülvahid Afolabinin maraq dairələrində olduğunu deyib.


Selyuk Rusiya mətbuatına bildirib ki, əməkdaşlıq etdiyi afrikalı futbolçularından 22 yaşlı legionerin karyerasını ölkəmizdə davam etdirməyi realdır: “Syomin onu “Qəbələ”də sərəncamında görmək istəyir. Hesab edir ki, bu hücumçu Azərbaycanda hər zaman oynayıb, qol vuracaq”.

1,89 metr boya malik Afolabi karyerasına vətənində yetirməsi olduğu “Niger Tornados” klubunda başlayıb. 2010/11 mövsümünün qışında Hollandiyanın “Vendam” klubuna baxışa yollanan, bir neçə yoxlama oyununda iştirak edən hücumçunun keçidi baş tutmayıb və yanvarın ortasında Nigeriyaya qayıdıb.

2012-ci ilin yanvarında “Tavriya” ilə müqavilə imzalayan Əbdülvahid Ukrayna çempionatında 4 oyun keçirib. O, əvəzedici komandada isə 8 matçda 5 dəfə fərqlənib. Ötən ilin avqustun 3-də “Kuban”ın rəsmən futbolçusu olan nigeriyalı 4 illik müqavilə imzalayıb. Krasnodar təmsilçisinin heyətində Rusiya çempionatında 2 oyun keçirən Afolabi bu ilin aprelin 29-da iştirak ərizəsindən çıxarılıb. “Kuban”ın əvəzedici komandasında 4 matçda forma geyən hücumçu Nigeriyanın gənclər yığmasında çıxış edir.

Qeyd edək ki, “Qəbələ”nin mövsümlərarası fasilədə ilk legioner transferi - “Ayaks”la 2 dəfə Hollandiya çempionu olan yarımmüdafiəçi Lorenzo Ebesilyo məhz Selyukun futbolçusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR