Gəncədə inzibati binada yanğın olub

Gəncədə inzibati binada yanğın olub
# 06 mart 2014 21:28 (UTC +04:00)

Bakı-APA. Gəncədə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan birmərtəbəli inzibati binada baş verib. Nəticədə, binanın mətbəxində 2 kv.m sahədə rəf yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR