Avropa İnsan Haqları Konvensiyasının qüvvəyə minməsindən 60 il ötür

Avropa İnsan Haqları Konvensiyasının qüvvəyə minməsindən 60 il ötür
# 03 sentyabr 2013 10:15 (UTC +04:00)

APA-nın xəbərinə görə, 1 noyabr 1950-ci ildə Romada imzalanan Konvensiya 3 sentyabr 1953-cü ildə qüvvəyə minib.

AİHM-in sədri Din Şpilman bildirib ki, bu sənəd demokratik Avropanın əsasını qoymaqla sülh və azadlığa öz töhfəsini verib. 60 il ərzində AİHM 16 500-ə yaxın iş üzrə qərar çıxarıb.

Azərbaycan Avropa İnsan Haqları Konvensiyasını 2002-ci ildə ratifikasiya edib. Ötən il AİHM Azərbaycandan 731 müraciətə baxıb. Onlardan 694-ü icraata qəbul edilməyib, 17 iş üzrə qərar çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR