Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin Azərbaycanla bağlı hesabatının təqdimatı keçirilib

Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin Azərbaycanla bağlı hesabatının təqdimatı keçirilib
# 17 yanvar 2014 12:50 (UTC +04:00)

APA-nın məlumatına görə, Antikorrupsiya Şəbəkəsinin 25 sentyabr 2013-cü il tarixdə Parisdə keçirilmiş 12-ci Monitorinq Görüşündə qəbul edilmiş hesabatın dəyərləndirmə prosesinin tərkib hissəsi kimi Azərbaycan ictimaiyyətinə təqdimatı ilə əlaqədar baş tutan tədbirdə OECD Katibliyinin Antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran və qurumun İstanbul Fəaliyyət Planının layihə rəhbəri Tetyana Xavanska, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi, OECD-nin ölkəmiz üzrə milli əlaqələndiricisi Kamran Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov, ATƏT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin məsul əməkdaşları, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planına müvafiq olaraq Azərbaycan üzrə verilmiş tövsiyələrin icrası ilə əlaqədar 3-7 iyun 2013-cü il tarixlərdə OECD Katibliyi, Litva, Ukrayna, Qazaxıstan və Tacikistandan ibarət nümayəndə heyəti Bakıda ölkəmizin 3-cü raund dəyərləndirilməsi üzrə səfərdə olub, həmin səfər çərçivəsində nümayəndə heyətinin üzvləri çoxsaylı dövlət qurumunun əməkdaşları ilə səmərəli və işgüzar görüşlər keçiriblər. Görüşlər zamanı nümayəndə heyəti tərəfindən son illərdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, həyata keçirilmiş qanunverici və praktiki tədbirlər, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, habelə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bu sahədə fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, istintaq olunan cinayət işləri və digər irəliləyişlər qeyd edilib. Ekspertlər qrupunun səfəri ilə əlaqədar hazırlanmış hesabat layihəsi OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 23-25 sentyabr 2013-cü il tarixlərdə Parisdə də keçirilən 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci iclasında müzakirəyə çıxarılaraq qəbul edilib, bununla da Azərbaycan Antikorrupsiya Şəbəkəsinin 3-cü raund dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk ölkə olub.

Təqdimat zamanı Şəbəkənin rəsmiləri tərəfindən Azərbaycanın Dəyərləndirmə Raundunun birinci mərhələsini müvəffəqiyyətlə keçən ilk dövlət olması qeyd edilməklə qəbul edilib hesabatda ölkəmizin antikorrupsiya qanunvericiliyi və onun icra səviyyəsi, habelə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin modelinin uğurlu nümunə kimi tanınması, həmçinin Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində əsas məqsədi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olan, vətəndaşla məmur arasında təmasın minimuma endirilməsinə xidmət edən, “Azərbaycan brendi” hesab olunan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təqdirəlayiq təcrübə olaraq göstərilməsi diqqətə çatdırılıb.

Hesabatda Şəbəkə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi, bu sahədə mütəmadi olaraq treninqlərin, seminarların keçirilməsi, dövlət qulluğunda şəffaflığın daha da artırılması, etik-davranış kodekslərinə əməl edilməsi ilə bağlı treninqlərin keçirilməsi və digər məsələlərlə əlaqədar ölkəmizə ünvanlanmış 18 tövsiyənin uğurla icra ediləcəyinə əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR