Kür çayının axımına nəzarət məqsədilə yoxlama ölçmə işləri aparılıb

Kür çayının axımına nəzarət məqsədilə yoxlama ölçmə işləri aparılıb
# 17 may 2013 13:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin ekspedisiya dəstəsi tərəfindən 2013-cü ilin aprel ayında Kür çayının axımına nəzarət məqsədilə yoxlama ölçmə işləri aparılıb. ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ölçmə işləri zamanı 6 məntəqədə çayın en kəsiyinin profili, sahəsi, dərinliyi, en kəsiyi boyu müxtəlif dərinliklər üzrə suyun sürəti ölçülüb və su sərfləri hesablanıb. Alınan nəticələr Kür çayında suyun sərfinin keçən il və ondan əvvəlki illərlə müqayisədə bu il xeyli aşağı olduğunu göstərib. Belə ki, axım xeyli azalıb, müxtəlif məntəqələrdə su sərfləri və digər hidrometrik parametrlər isə fərqli olub. Belə ki, Kür-Yevlax məntəqəsində suyun sərfi 210,06 m3/s, çayın canlı en kəsiyinin sahəsi 307,21 m2, axımın orta sürəti 0,68 m/s, maksimal dərinlik 3,82 m, Kür-Zərdab məntəqəsində suyun sərfi 220,52 m3/s, çayın canlı en kəsiyinin sahəsi 318,16 m2, axımın orta sürəti 0,69 m/s, maksimal dərinlik 3,71 m, Kür –Surra (Sabirabad) məntəqəsində suyun sərfi 205,99 m3/s, çayın canlı en kəsiyinin sahəsi 252,43 m2, axımın orta sürəti 0,82 m/s, maksimal dərinlik 3,25 m, Kür-Salyan məntəqəsində suyun sərfi 118,65 m3/s, çayın canlı en kəsiyinin sahəsi 272,79 m2, axımın orta sürəti 0,43 m/s, maksimal dərinlik 5,91 m, Kür-Bankə (Neftçala) məntəqəsində suyun sərfi 114,90 m3/s, çayın canlı en kəsiyinin sahəsi 437,56 m2, axımın orta sürəti 0,26 m/s, maksimal dərinlik 8,33 m, Kür-Sübh (Mayak) məntəqəsində suyun sərfi 110,81 m3/s, çayın canlı en kəsiyinin sahəsi 418,47 m2, axımın orta sürəti 0,26 m/s, maksimal dərinlik 3,44 m olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR