Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri İstanbulda görüşəcək

Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri İstanbulda görüşəcək
# 05 sentyabr 2013 13:13 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 5-7-də Türkiyənin İstanbul şəhərində keçiriləcək 11-ci Nəqliyyat, Dənizçilik və Kommunikasiya Forumunda iştirak edəcək.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Forum “Qlobal nəqliyyatın gələcəyi və investisiya imkanları” mövzusuna həsr olunacaq.

Qeyd edək ki, səfər çərçivəsində nəqliyyat naziri Ziya Məmmədovun türkiyəli həmkarı Binali Yıldırım və beynəlxalq forumun digər iştirakçıları ilə nəzərdə tutulan ikitərəfli görüşlərində müasir dövrdə nəqliyyatın inkişaf meylləri və perspektivləri ilə bağlı ətraflı müzakirələrin aparılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR