İtalyan şirkəti Dağlıq Qarabağda “Versace” üçün parça hazırlayacaq

İtalyan şirkəti Dağlıq Qarabağda “Versace” üçün parça hazırlayacaq
# 11 sentyabr 2013 09:05 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. İtalyan şirkəti Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində məşhur “Versace” firması üçün parçalar hazırlayacaq. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, separatçı rejimin “baş nazir müavini” Artur Aqabekyan bildirib ki, şirkət təmsilçiləri Xankəndinə gələrək iş şəraiti ilə tanış olacaqlar: “Biz Qarabağın keçmiş ipək kombinatının ərazisində onlara 3,5 min kvadrat metr yer ayırmağa hazırıq”.

A. Aqabekyan kombinatın ərazisində yüngül sənaye mərkəzi yaratmaq istədiklərini söyləyib. Burada artıq yun ipliklər və paltar nümunələri istehsal edən şirkətlər fəaliyyət göstərir. A. Aqabekyan italyan şirkətinin hazır məhsulun daşınmasında problem görmədiyini deyib: “Onlar üçün əsas məsələ normal şəraitdir və biz bunu təmin etməyə hazırıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR