Ketrin Eştonun İrana səfər proqramı zəngin olub - FOTOSESSİYA

Ketrin Eştonun İrana səfər proqramı zəngin olub - <span style="color: red;">FOTOSESSİYA
# 10 mart 2014 10:41 (UTC +04:00)

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, K.Eşton üçgünlük səfəri çərçivəsində martın 9-da İranın prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif, parlamentin sədri Əli Laricani, İran Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani, ali dini liderin İran Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili ilə görüşüb.

AB rəsmisi həmçinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə İranda 2009-cu il president seçkiləri zamanı tutularaq həbs cəzalarına məhkum edilmiş bir qrup qadınla da görüşüb.

Görüşlərdə İranla AB arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və nüvə məsələsi əsas müzakirə mövzusu olub. K.Eşton İran rəsmiləri ilə görüşlərini bitirdikdən sonra İsfahan şəhərinə gedib. Səfərdə məqsəd şəhərin tarixi, maddi-mədəniyyət abidələrini ziyarət etməkdir.

Qeyd edək ki, K.Eştonu bu səfərdə müavini Helqa Şmidt və xüsusi köməkçisi Stefan Kolment müşayiət edirlər. Bu, onun 2008-ci ildən sonra AB xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi kimi də İrana ilk rəsmi səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR